Kiyev məhkəməsi rus hərbçini ömürlük azadlıqdan məhrum edib

2022/05/789-1653304200.jpg
Oxunub: 360     15:08     23 May 2022    
Ukraynada törədilən müharibə cinayətləri ilə bağlı məhkəmədə rus hərbçi ömürlük azadlıqdan məhrum edilib.

Ordu.az "Guardian"a istinadən xəbər verir ki, Kiyev məhkəməsi Rusiya ordusunun Ukraynaya müdaxiləsi zamanı törətdiyi hərbi cinayətlərlə bağlı məhkəmədə ukraynalı mülki vətəndaşı öldürməkdə təqsirli bilinən rus əsgəri ömürlük həbsə məhkum edib.

21 yaşlı çavuş Vadim Şişimarin müharibənin ilk günlərində Sumı vilayətində 62 yaşlı Aleksandr Şelipovu öldürməkdə təqsirli bilinib.

Hakim bildirib ki, Şişimarin istintaqla əməkdaşlıq edib peşman olduğunu bildirsə də, məhkəmə rus hərbçinin Şelipova atəş açarkən onu öldürmək niyyətində olmadığı iddiasını qəbul etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kiyev  


Bizi "telegram"da izləyin