Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.
Bildirilir ki, Türkiyə ilə Liviya arasında “Hürkuş” ixracatına dair yekun müqavilə imzalanıb.
Məlumata görə, Liviya TUSAŞ tərəfindən istehsal edilən “Hürkuş-B” hərbi təlim təyyarələrini alan ikinci ölkə olacaq. Bundan əvvəl Niger də bu təyyarələri alacağını bildirib.
Nəşr qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı 6 “Hürkuş” alacaq və TUSAŞ-ın hazırda 14 “Hürkuş-B” təyyarəsi var. Qalan 8 HÜRKUŞ-dan ən azı 6-nın Liviya və Nigerə çatdırılacağı təxmin edilir.
Sevinc Əliyeva
Ordu.az