Daha bir ölkəyə “Bayraktar” PUA-ları təhvil verilib

2022/05/Nijer-1653299549.jpg
Oxunub: 1606     16:01     23 May 2022    
Niger sifariş verdiyi “Bayraktar TB2” zərbə PUA-larının ilk partiyasını əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə bu barədə “Menadefense” nəşri yazıb.

Bildirilib ki, PUA Ukraynada yerləşən bir yük şirkəti tərəfindən İl-76 təyyarəsi ilə Niamey hava limanına çatdırılıb. Bundan əlavə, 20 və 21 may 2022-ci il tarixlərində iki reys həyata keçirildiyi və 6 PUA-nın çatdırıldığı bildirilib.

Qeyd edək ki, Niger Türkiyədən “Bayraktar TB2” PUA-ları, “Hürkuş” təyyarələri və müxtəlif zirehli maşınlar alacağını bildirib.

TUSAŞ şirkətinin rəhbəri Temel Kotil bu ölkəyə 2 ədəd “Hürkuş” təyyarəsi tədaük ediləcəyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   PUA  


Bizi "telegram"da izləyin