Ordu.az xəbər verir ki, bu barədə şirkətin PUA ilə bağlı yaydığı mətbuat bülletenində məlumat verilib.
İxrac edilən ölkələrin adları və neçə sistem aldıqları açıqlanmayıb. PUA-larla yanaşı MAM raket ailəsi, KGK, HGK, LGK kimi sursatlar da satılıb.
Müqavilələr çərçivəsində “Akıncı” PUA-larının və yerüstü idarəetmə stansiyalarının 2023-cü ildən etibarən dövri olaraq təhvil verilməsi gözlənilir.
İlk milli PUA ixracını 2012-ci ildə reallaşdıran “Baykar” 2021-ci ildə 664 milyon dollarlıq PUA ixracını tamamlayıb, gəlirlərinin 80%-dən çoxunu ixracatdan əldə edib.
“Akıncı” PUA-ları yerli və milli olaraq istehsal edilən MAM-L, MAM-C, “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83 (KGK), MK-82, “Gökdoğan”, “Bozdoğan”, SOM-A kimi sursat, raket və bombalarla təchiz ediləcək.
Sevinc Əliyeva
Ordu.az