Rusiya XİN: “Azovstal”da təslim olanların mübadiləsinin müzakirəsi mümkündür

2022/05/78789-1651584964.jpg
Oxunub: 316     13:21     23 May 2022    
Rusiya “Azovstal” zavodunda təslim olan ukraynalı hərbi əsirlərin mübadiləsinin müzakirəsini mümkün hesab edir.

Ordu.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bu, mənim səlahiyyətimdə deyil, amma yəqin ki, bu, hardasa müzakirə olunur. Mən sağlam düşüncəyə zidd olmayan hər hansı ehtimalı qəbul edirəm”, - deyə Rudenko jurnalistlərə rusiyalı məhbuslarının “Azovstal”dakı ukraynalılarla dəyişdirilməsi imkanının hazırda müzakirə olunub-olunmaması sualını cavablandırarkən deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azovstal  


Bizi "telegram"da izləyin