Ordu.az xəbər verir ki, bunu Daşnaksütun bürosunun üzvü, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rüstəmyan deyib.
Onun sözlərinə görə, Ermənistan həmişə dünyanı iki şeylə maraqlandırıb, bunlardan biri AES, digəri isə ölkənin türkçülük zəncirini kəsən geosiyasi xətdə yerləşməsidir.
Rüstəmyan qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar davam edəcək.
“Başa düşməliyik ki, Ermənistan birdən-birə belə güzəştlərə getsə və o dəhliz Azərbaycan-Türkiyə tandeminin nəzarəti sahəsindən keçsə, bizim geosiyasi əhəmiyyətimiz yox olacaq”, - deyə erməni deputat əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az