Keçmiş erməni döyüşçü: “Komandirini bıçaqlayan adam ölkə ordusuna nazir təyin olunursa, ölkə belə olmalıdır”

2022/05/1653294959.jpg
Oxunub: 565     17:10     23 May 2022    
“Yaddaşımızı bir daha təzələmək və soruşmaq istəyirəm ki, biz Böyük Tiqranın nəsliyik, ya yox? Bəs biz Tiqranın taxtını kimə verdik, rüsvay olduq?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan bildirib.

Onun sözlərinə görə, bu gün Ermənistanda baş verənlər hər bir insan üçün faciəvi vəziyyətdir.

“Bu faciənin başlanğıcı dörd il əvvəl açıq-aydın verilib. Bu gün bu hakimiyyət millətimizin oğlanlarını, torpağı müdafiə etməyə qadir olan bütün oğlanları aşağılamağa çalışır. Qarabağ müharibəsinin komandirini vuran mayor kimdir? Başa düşürsünüz, oğlu ilə müharibədə iştirak edən, qardaşı ilə bir döyüşdə olan dostum Arayik Muradyanı döyürlər. Xaçaturovun ailəsinə qarşı yalan ifadə verən yalançının kim olduğunu bilmək istəyirəm. Xaçaturov bu gün saxta ittihamlarla həbsdədir. Komandirini bıçaqlayan adam ölkə ordusuna komandir təyin olunursa, ölkə belə olmalıdır”, - deyə Minasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məğlubiyyət  


Bizi "telegram"da izləyin