Erməni politoloq: “Avropa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə məşğuldur”

2022/05/1653294899.jpg
Oxunub: 327     13:10     23 May 2022    
“Mən görürəm ki, Brüssel və Moskva Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin baş sponsoru və şərtləri əsas diktə edənin kim olacağı ilə bağlı sanki rəqabət aparır”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

Onun sözlərinə görə, istənilən halda Qərb siyasəti öz gündəmini irəli aparmağa çalışır və hazırda bütün Avropa ölkələrinin rəhbərləri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə məşğuldurlar.

“İstisna etmirəm ki, onlar həm də Rusiyadan öndə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsini irəli aparmağa çalışacaqlar. Təbii ki, Rusiya da öz növbəsində buna qarşı çıxır. Biz bunu həm Brüsseldən sonra, həm Paşinyan-Putin görüşü zamanı gördük”, - deyə Şahnazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sülh  


Bizi "telegram"da izləyin