“Past”: Ermənistanda siyasi məhbusların olduğu günlərdə “demokratiya”dan danışılır

2022/05/WS742-1651837211.jpg
Oxunub: 287     13:41     23 May 2022    
Ötən gün İrəvanda baş verənlərdən daha absurd, ziddiyyətli situasiya təsəvvür etmək çətindir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

““Freedom House” beynəlxalq təşkilatı “Mariot” otelində “Erməni Demokratiyası” mövzusunda forum keçirirdi, forumda Aİ və ABŞ səfirləri, Qərb tərəfindən maliyyələşdirilən təşkilatların özlərini insan haqları müdafiəçisi hesab edən nümayəndələri və hakim fraksiyanın deputatları iştirak edirdilər. Nikol Paşinyan da tədbirdə çıxış edərək yenidən “demokratiya brendi”ndən danışıb.

Maraqlıdır ki, “erməni demokratiyası” mövzusunda forum yüzlərlə polisin əhatəsində olan binada bağlı qapılar arxasında keçirilib və müxalifətdən olan deputatlar müzakirəyə dəvət edilməyib. Üstəlik, Nikol Paşinyanın mühafizəçisi hətta onlara “demokratiya” tədbirinin keçirildiyi zala daxil olmağı qadağan edib. Eyni zamanda dinc nümayişçilərə qarşı qeyri-mütənasib, zorakı güc tətbiq edildiyi, “demokratiya qalası”nın hakimiyyətinin siyasi opponentlərə qarşı güc tətbiq etdiyi, siyasi məhbusların olduğu günlərdə “demokratiya”dan danışılır. Nikol Paşinyanın forumdakı çıxışı da daha bir diqqətçəkən “çalar” ilə seçilib. O, açıq şəkildə müharibədəki məğlubiyyətə, erməni tərəfinin indiki və üstəlik, gələcək güzəştlərinə görə bütün məsuliyyəti Ermənistan vətəndaşının cibinə qoyur, Ermənistan vətəndaşının “sülh gündəmi”nə mandat verdiyini açıq şəkildə deyirdi. Burada məsələ sülh deyil, çünki hamı sülh istəyir, məsələ bu gündəmlə imzalanacaq sənədlərdə nə gözlənilməsidir. Paşinyan məhz bu “perspektiv”ə görə Ermənistan vətəndaşını nəzərdə tutur”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İrəvan  


Bizi "telegram"da izləyin