Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək

2021/11/edc6c-1636347780.jpg
Oxunub: 2234     12:27     23 May 2022    
Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək.

Ordu.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq.

Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı alimləri və media nümayəndələri iştirak ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Şuşa  


Bizi "telegram"da izləyin