Erməni siyasi şərhçi: “Marukyanın açıqlamasında hakimiyyətin yaydığı “prinsiplər” prinsiplər deyil”

2022/05/1653293858.jpg
Oxunub: 426     19:57     23 May 2022    
“Ümumi platformadan danışmağın hələ reallıq olmadığını nəzərə alsaq, Brüssel görüşündən nə gözləmək olar, hələlik proqnozlaşdırmaq çətindir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Boris Navasardyan deyib.

Onun sözlərinə görə, ancaq bunun hansı nəticə verə biləcəyini təxmin etmək olar.

“Birincisi, effektiv, dinc danışıqların baş tutması üçün Ermənistanın əslində hansı prinsipləri təklif etdiyini aydınlaşdırmaqdır. Edmon Marukyanın (Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri – red.) açıqlamasında Ermənistan hakimiyyətinin yaydığı “prinsiplər” prinsiplər deyil”, - deyə Navasardyan qeyd edib.

Erməni siyasi şərhçi vurğulayıb ki, Paşinyan məsələ ilə bağlı Brüsseldə Mişel və İlham Əliyevə aydınlıq gətirməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Brüssel  


Bizi "telegram"da izləyin