Erməni politoloq: “Azərbaycanın indi “status” məsələsini müzakirə edəcəyini düşünmək sadəlövhlükdür”

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 684     20:45     23 May 2022    
“Hazırda Azərbaycanın Qarabağın (qondarma qurum – red.) “statusu” məsələsini danışıqlar prosesinə daxil etmək istəyəcəyini düşünmək sadəlövhlükdür”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Davit Harutyunyan deyib.

Onun sözlərinə görə, regionda kəskin dəyişikliklər olmasa, belə bir perspektiv mümkün deyil.

“Azərbaycan tərəfinin strategiyası ondan ibarətdir ki, bu məsələ müzakirələr, danışıqlar və ümumilikdə razılaşma çərçivəsində olmamalıdır. Bakı hesab edir ki, münaqişə bitib. İrəvan daha çox daxili məsələləri həll edir”, - deyə Harutyunyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Status  


Bizi "telegram"da izləyin