Erməni politoloq: “Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə danışıqlarını Rusiya meydanından çıxarmağa çalışacaqlar”

2022/03/f5faa-1648549407.jpg
Oxunub: 505     22:14     23 May 2022    
“Rəqiblərimiz Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə danışıqlarını Rusiya meydanından çıxarmağa çalışacaqlar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Edqar Elbakyan deyib.

Onun sözlərinə görə, məlum səbəblərdən Türkiyə və Azərbaycanın maraqları Rusiyanın maraqlarına ziddir, bu gün hər ikisi Rusiya-Ukrayna münasibətləri kontekstində neytral mövqe nümayiş etdirirlər, lakin hər ikisi güclü anti-Rusiya istiqamətinə malikdir.

“Bu gün Ermənistandakı türkyönlü hakimiyyət Rusiya ilə effektiv müttəfiqlikdə diqqət cəlb etmir, amma hər halda Türkiyə və Azərbaycan bunu yaxşı bilərək Rusiyanı mümkün qədər neytrallaşdırmaq üçün əlindən gələni etməlidir”, - deyə Elbakyan qeyd edib.

Erməni politoloq vurğulayıb ki, Ermənistanın təbii marağı Rusiya, İran və Türkiyəyə qarşı olan digər qüvvələr ilə müttəfiqlikdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin