“Paşinyan hökuməti Qarabağ yükündən qurtulmaq üçün uduzacağını əvvəlcədən bilə-bilə müharibəyə başladı” - Köçəryan

2020/11/16056-1605614086.jpg
Oxunub: 677     16:37     23 May 2022    
“Paşinyanın Qarabağla bağlı ziddiyyətli bəyanatlarının müqayisəsi diqqət çəkir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin keçmiş müavini Şavarş Köçəryan deyib.

Onun sözlərinə görə, Paşinyan hökuməti Qarabağ yükündən qurtulmaq üçün uduzacağını əvvəlcədən bilə-bilə müharibəyə başlayıb.

“Əvvəla, o, (Paşinyan-red.) Qarabağın (qondarma qurum – red.) əvəzinə danışıqlar apara bilməyəcəyini söylədi. Sonra elan etdi ki, Qarabağ Ermənistandır, vəssalam. Bu, Qarabağ və Ermənistanın bir “dövlət” olduğunu qəbul etmək deməkdir. Sonda Paşinyan iddia etdi ki, məsələnin həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqlarını qane etməlidir. Bununla kifayətlənmirdi, vasitəçilərdən ərazi bütövlüyü və ya xalqların öz müqəddəratını təyinetmə hüququ prinsipləri dedikdə nəyi nəzərdə tutduqlarına dair aydınlıq gözləyirdi. Hər şeyin aydən olması üçün BMT Nizamnaməsi və ya digər beynəlxalq sənədləri oxumaq kifayətdir. BMT Nizamnaməsinə görə ərazi bütövlüyü öz müqəddəratını təyinetmə hüququna qarşı qoyula bilməz. Paşinyan bu cür ziddiyyətli bəyanatları ilə danışıqlar prosesini alt-üst etdi. Biz xarici siyasət vektorunu dərindən öyrənməliyik. Müstəqil Ermənistanın iki istiqaməti var idi. Birincisi açıq-aşkar rusiyapərəst idi, onun ifadəsi, məsələn, Rusiya-Belarus birlik sazişinə qoşulmaq idi. Əvvəllər Ermənistanda bunun tərəfdarları var idi, hətta imza toplayırdılar, amma Ermənistan o yolla getmədi. Digər istiqamət isə qərbyönlü idi, bunun üçün ilkin mərhələdə iki ilkin şərt var idi. Birincisi o idi ki, Rusiya özü Avropaya can atırdı, NATO üzvlüyünü belə istisna etmirdi, sonra Türkiyə açıq şəkildə Avrointeqrasiyaya can atdı, islahatlar apardı, Aİ-yə üzv olmaq istədi. O vaxt buna haqq qazandırmaq olardı, indi yox”, - deyə Köçəryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qarabağ  


Bizi "telegram"da izləyin