Bayden Yaponiyanın BMT TŞ-nin daimi üzvü olmasını dəstəkləyir

2022/05/1653289285.jpg
Oxunub: 264     11:11     23 May 2022    
ABŞ Prezidenti Co Bayden Yaponiyanın “islahatlar aparılmış” BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasını dəstəklədiyini bildirib.

Ordu.az xəbər verir ki, Tokioda səfərdə olan Co Bayden bu barədə Yaponiyanın ictimai telekanalı olan “NHK”ya açıqlamasında deyib.

Yaponiya Baş naziri Fumio Kişida isə Co Baydenlə birgə mətbuat konfransındakı açılış nitqində qeyd edib ki, ABŞ Yaponiyanın BMT Təhlükəsizlik Şurasına daimi üzv qəbul edilməsini dəstəkləyəcək. Kişida beynəlxalq ictimaiyyət üçün sülh və sabitliyə görə məsuliyyət daşıyan Təhlükəsizlik Şurası da daxil olmaqla, BMT-də islahatlar aparılmasının və onun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin