MN: İstifadəyə yararsız sursatların utilizasiyası davam edir

2021/05/12084-1622021689.jpg
Oxunub: 458     21:52     22 May 2022    
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunur ki, döyüş sursatlarının utilizasiya prosesi 23.05.2022-ci il tarixdən 28.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN  


Bizi "telegram"da izləyin