Finlandiya XİN: “Türkiyə ilə bağlı problemlərin həlli həftələr çəkə bilər”

2022/05/df4gd-1653236117.jpg
Oxunub: 390     20:05     22 May 2022    
“Finlandiya və Türkiyənin NATO-ya üzvlüklə bağlı problemlərinin həlli bir neçə həftə çəkə bilər”.

Ordu.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.

“Danışıqlar (Türkiyə ilə - red.) rəsmi səviyyədə davam edəcək. Əvvəllər demişdim ki, bu, ən azı bir neçə gün çəkəcək. İndi deyə bilərik ki, səbirli olmalıyıq, bir neçə həftə çəkəcək. Bütün hallarda fikir ayrılıqlarının həllinə nikbin baxıram.”-deyə, nazir bildirib.

Onun sözlərinə görə, rəsmi Helsinki Ankaraya PKK terror qruplaşması ilə əlaqələrin daha yaxından izlənəcəyinə dair zəmanət verə bilər:

“Türkiyəyə bu cür zəmanətləri (PKK ilə əlaqələrə dair - Red) əlbəttə ki, verə bilərik. PKK Avropada terror təşkilatı kimi qəbul olunduğu üçün Finlandiyada da terror fəaliyyətinin qarşısının alınması vacibdir. Üzərimizə düşəni etməmiz vacibdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Türkiyə  


Bizi "telegram"da izləyin