Duda: “Ukraynalılar bütün Avropanın və dünyanın qəhrəmanlarıdır”

2022/05/4zx53-1653231948.jpg
Oxunub: 434     19:01     22 May 2022    
Polşa prezidenti Anjey Duda qeyd edir ki, Rusiya ordusuna qarşı müqavimət göstərən ukraynalılar bütün Avropada və dünyada qəhrəmandırlar.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, Duda bunu Ukrayna Ali Radasında çıxışı zamanı deyib.

"Avropanı barbarlığın işğalından və yeni rus imperializmindən müdafiə etdiyinizə, tiranlara öz yerini göstərdiyinizə görə təşəkkür edirəm. Azad xalqın ruhunun daha güclü olduğunu göstərdiniz üçün! Buna görə sizə ürəkdən təşəkkür edirəm", - Duda vurğulayıb.

O, ukraynalılara göstərdikləri cəsarətə, azadlıq və Vətən sevgisinə görə təşəkkür edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin