Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Soçiyə gəlib

2022/05/3sd54-1653231871.jpg
Oxunub: 308     18:07     22 May 2022    
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Soçinin meri Aleksey Kopayqorodski Telegram kanalında bildirib.

Bundan əvvəl Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə işgüzar danışıqlar üçün mayın 23-də Soçidə görüşəcəyi bildirilirdi.

"Soçi yenidən mühüm dövlətlərarası dialoqlar üçün platformaya çevrilib. Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə görüşmək üçün şəhərimizə gəlib", - Kopayqorodski yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Putin  


Bizi "telegram"da izləyin