Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Qarsda birgə təlimi davam edir

2022/05/c49a0-1653231405.jpg
Oxunub: 415     18:04     22 May 2022    
Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” Birgə Batalyon Əməliyyat Qrupunun təlimi davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən təlimin növbəti etapı “Yüksək Səviyyəli Müşahidəçi” günü adı ilə təşkil olunub.

Məlumatda deyilir: “Bizi bir-birimizə bağlayan sarsılmaz qardaşlığımızdır".



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin