Akif Çağatay Kılıç: “Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa çalışır”

2022/05/1653222402.jpg
Oxunub: 344     16:11     22 May 2022    
“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Biz öz gələcəyimizi təmin etmək üçün səylərimizi birləşdirməliyik”.

Ordu.az xəbər verir ki, bunları Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Akif Çağatay Kılıç Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclasında deyib.

O, qeyd edib ki, parlamentlər və onların nümayəndələri öz xalqlarının təmsilçiləri kimi gələcək naminə çalışmalıdırlar. Türkiyə Azərbaycanı dəstəkləyir və inanır ki, tezliklə Ermənistanla Azərbaycan arasında münasibətlər yaxşılaşacaq, regionda davamlı sülh və sabitlik yaranacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sülh  


Bizi "telegram"da izləyin