Bayden Şimali Koreyanın mümkün nüvə sınağından narahat olmadığını bildirib

2022/01/9-1642659301.jpg
Oxunub: 391     10:36     22 May 2022    
ABŞ prezidenti Co Bayden Asiya turu zamanı Şimali Koreyanın ata biləcəyi addımlardan, o cümlədən mümkün nüvə sınağından narahat olmadığını bildirib.

Ordu.az "TASS"a istinadən xəbər verir ki, Bayden əlavə edib ki, ABŞ Pxenyanın atacağı istənilən addıma cavab verməyə qadirdir.

Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan etmişdir ki, ABŞ Baydenin Asiyaya səfəri zamanı KXDR tərəfindən təxribat, nüvə və ya raket sınaqları keçirməsini istisna etmir.

ABŞ prezidenti cümə günü Cənubi Koreyaya üç günlük səfərə gəlib. Şənbə günü Cənubi Koreya lideri Yoon Sok-yeol ilə görüş keçirilib, ondan sonra birgə mətbuat konfransı keçirilib və tərəflər bəyanat yayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   KXDR  


Bizi "telegram"da izləyin