Rusiya ordusu gecə yarısı Zaporojye bölgəsini atəşə tutub, yaralılar var

2022/05/1653201339.jpg
Oxunub: 456     10:01     22 May 2022    
Rus əsgərləri Zaporojye bölgəsinə raket atıb, qurbanlar var.

Ordu.az xəbər verir ki, Zaporojye vilayətinin Regional Hərbi İdarəsinin məlumatına görə, raket hücumu mayın 22-i yerli vaxtla saat 02:44 radələrində olub.

Zaporojye vilayətinin Volnyanşina kəndlərindən birinin mülki infrastrukturuna ziyan dəyib.

"Hazırda müvafiq xidmətlər hadisə yerində işləyir. Xəsarət alan vətəndaşların olduğu əvvəlcədən müəyyən edilib. Zaporojye sakinləri gecə saatlarında mərmi partlayışlarının səslərini eşidib ", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zaporojye  


Bizi "telegram"da izləyin