Ordu.az xəbər verir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində paylaşım edib.
"Mario Draginin təşəbbüsü ilə telefon danışığımız oldu. Biz müdafiə sahəsində əməkdaşlıqdan, 6-cı sanksiyalar paketinin tətbiqinin sürətləndirilməsinin və Ukrayna limanlarının açılmasının zəruriliyindən danışdıq", - deyə V.Zelenski bildirib.
O əlavə edib ki, İtaliyaya Avropa İttifaqına gedən yolda Ukraynaya qeyd-şərtsiz dəstəyə görə təşəkkür edib.
Ordu.az