Ukraynada hərbi cinayətlərə görə 600-dən çox şübhəli şəxs müəyyən edilib

2022/04/1649225583.jpg
Oxunub: 414     05:04     22 May 2022    
Ukraynada hərbi cinayətlərə görə artıq 600-dən çox şübhəli şəxs müəyyən edilib, 10 minə yaxın hal araşdırılır.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Avropanın ədliyyə komissarı Didye Reynders İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində bildirib.

Avropa komissarı Ukraynada hərbi cinayətlərin təqibinə zəmanət verib.

"Bu, vaxt aparacaq və uzun proses olacaq, lakin Ukraynada törədilən vəhşiliklər cəzasız qalmayacaq", - Reynders əlavə edib.

Onun sözlərinə görə, istintaq həm Ukraynada, həm də qaçqınların dindirildiyi müxtəlif Avropa ölkələrində aparılır. Şahidlərin ifadələri ilə yanaşı, çoxlu sayda fotoşəkillər, videolar, audiofayllar və peyk şəkilləri var.

Belçikalı siyasətçi bütün sübutların toplanması və yoxlanılmasının vacibliyini vurğulayıb: "Bu son dərəcə vacibdir: əgər yalan məlumat və ya saxtakarlıqdan istifadə edilərsə, bu, fəlakət olacaq".

Bundan əvvəl Ukraynanın baş prokuroru İrina Venediktova deyib ki, müharibə qanunlarının pozulması ilə bağlı 8 000-dən çox araşdırma aparılır. Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyəti araşdırmaq üçün 43 ölkəni cəlb edib.

Ukrayna hakimiyyəti Rusiya üzrə xüsusi beynəlxalq tribunalın fəaliyyətə başlaması üçün artıq layihələr hazırlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin