Londonda hərbi paradın məşqi zamanı tribuna uçub

2022/05/1653200336.jpg
Oxunub: 363     23:44     21 May 2022    
Londonda Böyük Britaniya kraliçası II Elizabetanın hakimiyyətinin 70-ci ildönümünün qeyd edilməsi üçün keçirilən hərbi paradın məşqi zamanı tamaşaçı tribunası uçub.

Ordu.az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Qeyd olunur ki, üç zərərçəkən xəstəxanaya yerləşdirilib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: London   Parad  


Bizi "telegram"da izləyin