Ərdoğan Stoltenberqə Stokholm və Helsinkinin müraciətlərini dəstəkləmək üçün şərtini açıqlayıb

2022/05/1653200143.jpg
Oxunub: 391     22:39     21 May 2022    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini müzakirə ediblər.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə NATO-nun “açıq qapı” siyasətini səmimi şəkildə dəstəkləyir və Ankaranın iki Skandinaviya ölkəsinin namizədliyinə münasibəti sırf bu dövlətlərin Türkiyə üçün mühüm milli təhlükəsizlik məsələlərində tutduğu mövqe ilə bağlıdır.

Türkiyə lideri bildirib ki, bu ölkələr fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə Türkiyə ilə açıq həmrəylik nümayiş etdirməyincə, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini müsbət qarşılamayacaq.

NATO-nun baş katibi Türkiyə lideri ilə söhbətində Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının aradan qaldırılmasının vacib olduğunu qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Stoltenberq  


Bizi "telegram"da izləyin