“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib

2022/05/thumb-1653156668.jpg
Oxunub: 819     22:10     21 May 2022    
Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Ordu.az xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin tviter hesabına istinadən xəbər verir.

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Akıncı  


Bizi "telegram"da izləyin