Ərdoğan Stoltenberqlə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edib

2022/05/dcfb7-1653144877.jpg
Oxunub: 452     18:54     21 May 2022    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Ərdoğan Türkiyənin NATO-nun "açıq qapı" siyasətini səmimi şəkildə dəstəklədiyini deyib.

Türkiyə lideri bildirib ki, İsveç və Finlandiya Türkiyə ilə fundamental məsələlərdə, xüsusilə də terrorla mübarizədə həmrəy olacaqlarını açıq şəkildə göstərməsələr, bu ölkələr NATO üzvlüyünə müsbət yanaşmayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin