Zelenski: “Yeni güclü müdafiə yardımı gözləyirik"

2022/05/1651851512.jpg
Oxunub: 561     17:40     21 May 2022    
“Ukraynanın dətəklənməsinə əlavə yardım haqqında qanunu imzaladığı üçün ABŞ Prezidenti Cozef Baydenə təşəkkür edirəm”.

Ordu.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə tviter səhifəsində ABŞ Prezidenti Cozef Baydenin 40 milyard dollarlıq yardımla bağlı layihəni imzaladığı üçün ünvanladığı təşəkkürdə bildirib.

O qeyd edib ki, Rusiyaya qarşı mübarizədə ABŞ-ın liderliyi, Prezident Bayden və Amerkia xalqının Ukraynanı dəstəkləməsi çox vacibdir:

“Yeni güclü müdafiə yardımı gözləyirik. Bu gün o, heç vaxt olmadığı qədər lazımdır”.

Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin