Portuqaliyanın Baş naziri Ukraynanın İrpen şəhərində olub

2022/05/dc04e-1653141200.jpg
Oxunub: 450     17:05     21 May 2022    
Portuqaliyanın Baş naziri Antoniu Koşta mayın 21-i Kiyev vilayətinin İrpen şəhərində olub. Siyasətçi səfər zamanı gördüklərini heç vaxt unutmayacağını deyib.

Ordu.az xəbər verir ki, bu barədə o, tviter paylaşımında yazıb.

Portuqaliyanın hökumət başçısının səfəri Ukraynanın Baş naziri Denis Şmıqalın dəvəti ilə baş tutub.

“Dağıntıların və zorakılığın səviyyəsi inanılmazdır. Amansız, özbaşına və haqq qazandırılması mümkün olmayan hücumların şahidi oldum. Müharibə hər zaman günahsız insanlara toxunur. Burada həyat sürmüş, işi, evi olan insanlar sağ qalmaq üçün hər şeylərini atıb gediblər. Məni ən çox dəhşətə gətirən dinc sakinlərə qarşı zorakılıqdır”, - Koşta yazıb.

O, Portuqaliyanın Ukraynanı dəstəklədiyini və Rusiyanın müdaxiləsini pislədiyini, səfərinin isə həmrəylik ifadəsi olduğunu əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   Ukrayna  


Bizi "telegram"da izləyin