“Biz Ermənistanı bu xoş niyyətlərə cavab verməyə çağırmaqda və təşviq etməkdə davam edirik. Biz görürük ki, ölkə daxilində və diaspordan kənar radikallar Ermənistan hakimiyyətinə təzyiqlər edir. Biz artıq təkcə Blinkenə deyil, digər həmsöhbətlərimizə də demişik ki, Ermənistanı bu istiqamətdə daha çox həvəsləndirmək lazımdır. Dünən (ABŞ dövlət katibi ilə görüşümüz zamanı) bir daha xatırlatdıq ki, Türkiyə, Azərbaycan sülh istəyir, bölgədə sabitliyin təmin olunması üçün xoş niyyət nümayiş etdirir”, - deyə Çavuşoğlu bildirib.
Çavuşoğlu xatırladıb ki, Azərbaycan tərəfi Ermənistana hərtərəfli sülh sazişi imzalamağı təklif edib. O, daha sonra əlavə edib ki, Azərbaycan da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqları dəstəkləyir.
Bakı və Ankara Ermənistandakı müxalifətin fəaliyyətini sülhə təhlükə hesab edir. Çavuşoğlu, əslində, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında amerikalı həmkarlarına Ermənistan hakimiyyətinə daha böyük güclə dəstək verməyi tövsiyə edib. ABŞ-ın Ermənistandakı səfiri dərhal hərəkətə keçərək, Ermənistan hakimiyyətinə dəstək ifadə edib.
Asif Cəfərov
Ordu.az