“Hraparak”: Ermənistanda demokratiyanın sonu

2018/11/ara-1542884237.jpg
Oxunub: 456     21:37     23 May 2022    
“Erməni Demokratiya Forumu” adlı iddialı tədbir hər kəsin gözləntilərini doğrultdu.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, Ermənistandakı soroçular fəxr edirdilər ki, Baş nazir, parlamentin sədri, deputatlar da daxil olmaqla bütün hökumət forumda iştirak edib.

“ABŞ və Aİ səfirləri yaltaqlandılar və hesab etdilər ki, onların sayəsində Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsinə doğru daha bir addım atdı. Nikol Paşinyan populizm və manipulyasiya ilə ədviyyatlı “demokratiya” brendindən yenidən danışmaq imkanı əldə etdi. Psevdodemokratik qrant yeyənlər donorlarına göstərdilər ki, verilən pullar mənasız deyil, verilmiş sifarişi yerinə yetirməklə ciddi iş görürlər. Normal insanlar arasında nüfuzu sıfır olan müxtəlif marjinal fiqurlar tribunadan alovlu çıxışlar etmək imkanı əldə etdilər. “Demokratiya” sözü də hərtərəfli istifadə olundu, forum zamanı qeyri-demokratik dodaqlarla dəfələrlə səsləndirildi. Bu forumu daxildə və xaricdə izləyənlərin bəziləri təbii ki, ölkəmizdə əsl demokratiyanın olduğuna inandılar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Demokratiya   Böhran  


Bizi "telegram"da izləyin