Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.
Onun sözlərinə görə, görünən odur ki, Ukrayna böhranı ilə məşğul olan Rusiya Avropa diplomatiyasının bu fürsətindən öz gündəmini inkişaf etdirmək və bu prosesi sürətləndirmək üçün istifadə edir.
“Və biz görürük ki, əvvəlki görüşdən sonra, əslində, həqiqətən də qısa müddət keçib və növbəti görüş artıq hazırlanır. Üstəlik, qeyd etməliyəm ki, bütün bunlar əvvəlki şərtlərin həyata keçirilmədiyi şəraitdə baş verir. Ona görə də Avropa tərəfi indi ya tərəfləri sərhədlərin demarkasiyası və delimitasiyası prosesini başa çatdırmaq üçün tələsdirməyə çalışacaq, ya da yeni təkliflərlə çıxış edəcək”, - deyə Şahnazaryan qeyd edib.
Şahnazaryan vurğulayıb ki, Azərbaycana, daha sonra Ermənistana gələn Litva prezidenti də Qərb diplomatiyasının elçilərindən biridir.
Alpər Mövludoğlu
Ordu.az