“Generallar iştirak etməkdən yayınsalar, gəlməməyin nəticəsi olacaq” - Köçəryan

2021/01/d45d4-1610787229.jpg
Oxunub: 741     19:14     21 May 2022    
Mayın 20-də 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iclası keçirilib.

Ordu.az-ın məlumatına görə, komissiyanın sədri, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan qeyd edib ki, istintaq komissiyasına dəvət olunanların böyük siyahısı təsdiqlənib, iş zamanı siyahı dəyişdirilə, yeni insanlar dəvət oluna bilər.

Onun sözlərinə görə, qondarma qurumun “rəhbəri” Arayik Harutyunyan da komissiyaya dəvət olunacaq.

“Hazırda istintaq komissiyasında 10 mindən çox sənəd var, biz Müdafiə Nazirliyi ilə də işləyirik. Bazar ertəsi iyun ayında komissiyaya gəlməli və suallara cavab verməli olan şəxslərə məktublar göndərəcəm”, - deyə Köçəryan qeyd edib.

Komissiya sədri danışıqlar prosesindən başlayacaqlarını, o prosesdən yaxşı xəbərdar olan bütün şəxslərin, o cümlədən müharibə zamanı Baş nazir olmuş Nikol Paşinyanın və xarici işlər naziri olmuş şəxsin qonaqlar siyahısında olacağını qeyd edib.

Köçəryan bildirib ki, generallar iştirak etməkdən yayınsalar, gəlməməyin nəticəsi olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin