İran “Simurq” adlı yüngül hərbi nəqliyyat təyyarəsini təqdim edib

2022/05/14010-1653128077.jpg
Oxunub: 636     16:13     21 May 2022    
İran Müdafiə Nazirliyi yerli istehsal oluduğu iddia edilən “Simurq” adlı yüngül hərbi nəqliyyat təyyarəsini təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat İranın Təyyarə İstehsalı Sənayesi Korporasiyasında müdafiə naziri Məhəmməd Rza Aştianinin iştirakı ilə baş tutub.

Aştianinin sözlərinə görə, “Simurq” eyni nəsil nəqliyyat təyyarələrinin son versiyasıdır və İran ordusunun artan ehtiyaclarına cavab verir.

Onun ölkədəki sərt hava şəraitinə tab gətirmək üçün nəzərdə tutulduğu iddia edilir.

Nazir bildirib ki, yeni nəqliyyat təyyarəsi həmçinin yerli avionika mütəxəssisləri tərəfindən hazırlanmış ən müasir hərəkət sistemi, gövdə və digər komponentlərə malikdir.

Təyyarənin beynəlxalq standartlara cavab verməsini təmin etmək üçün İran artıq “Simurq”un yer və hava sınaqlarını həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Simurq  


Bizi "telegram"da izləyin