Rumıniya “Patriot” HHM sistemləri üçün “SkyCeptor” raketləri istehsal edəcək

2022/05/Roman-1653128047.jpg
Oxunub: 1001     19:59     21 May 2022    
Rumıniya “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün “SkyCeptor” raketləri istehsal edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “SeeNews” agentliyi məlumat yayıb.

İstehsal dövlətə məxsus “Romarm” və onun “Electromekanica Ploiesti” törəmə şirkəti tərəfindən həyata keçiriləcək.

Raketlər “Romarm” şirkətinin Ployeştidəki zavodunda istehsal olunacaq və daxili və xarici bazarlara çatdırılacaq.

“SkyCeptor” raketləri qısa və orta mənzilli ballistik və qanadlı raketləri və digər qabaqcıl hava təhdidlərini dəf etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SkyCeptor   Patriot  


Bizi "telegram"da izləyin