Ordu.az xəbər verir ki, Qazaryana qarşı irəli sürülün ittihamda onun döyüş meydanını tərk etdiyi, yuxarı komandanlığın əmrlərini yerinə yetirmədiyi və xidmətə səhlənkar yanaşdığı qeyd olunub.
40 yaşlı erməni polkovnik-leytenant isə yuxarı komandanlığı günahkar hesab edir, lakin heç kimin adını çəkmir.
“Görünür təhvil vermək üçün əsirləri və ya qurbanları olmalı idi ki, təhvil verməni əsaslandırsınlar. Mənim fikrim budur. Bu siyasi oyunlara qarışmaq istəmirəm”, - deyə Qazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az