Ordu.az-ın məlumatına görə, iranlı səfiri parlamentdə salamlayan Ruben Rubinyan qeyd edib ki, iki ölkə arasında həm ənənəyə, həm də mövcud reallıqlara əsaslanan yüksək səviyyəli əlaqələr mövcuddur.
Ermənistan parlamentinin sədrinin müavini iranlı səfirin xahişi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin təfərrüatlarını təqdim edib, Ermənistanın mövqelərini və prioritetlərini vurğulayıb.
Tərəflər Şimal-Cənub magistralının tikintisinin əhəmiyyətinə də toxunublar.
Alpər Mövludoğlu
Ordu.az