KİV: ABŞ Ukraynaya “Patriot” HHM sistemi göndərməyi planlaşdırır

2022/05/66518-1653127910.jpg
Oxunub: 564     15:23     21 May 2022    
ABŞ Ukraynaya yeni hərbi yardımın bir hissəsi kimi “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemi göndərməyi düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Washington Post” nəşri yazıb.

ABŞ bu yaxınlarda Ukraynaya 40 milyard dollarlıq yardım paketi göndərməyə qərar vermişdi. 20 milyard dollardan çox hissəsi hərbi yardıma ayrılacaq. Bu hərbi yardımlar çərçivəsində Ukraynaya verilə biləcək silah sistemləri arasında “Patriot” HHM sistemləri və uzaq mənzilli artilleriya qurğuları var.

Senat tərəfindən qəbul edilən yardım paketinə daxil olan digər yardım maddələri aşağıdakılardır:

ABŞ inventarından 11 milyard dollarlıq hərbi texnika tədarükü
Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü Fonduna 6 milyard dollar yardım
Sursat ehtiyatlarını artırmaq üçün 9 milyard dollar

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak müharibə başlamazdan əvvəl “Time” jurnalına verdiyi müsahibədə ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməli olduğuna inandığını bildirib.

Yermak onu da bildirib ki, Ukrayna Rusiyaya qarşı təkcə özünü deyil, Qərbi də qoruyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AB>   Patriot  


Bizi "telegram"da izləyin