“Hraparak”: İrəvandakı mitinqləri dəstəkləmək üçün xaricdən ermənilər gəlib

2022/05/WS742-1651837211.jpg
Oxunub: 621     15:59     21 May 2022    
“Bəziləri müqavimət hərəkatının səngidiyini və hərəkata ictimai marağın olmadığını iddia etsə də, bizə bildirdilər ki, son vaxtlar xaricdə yaşayan bir çox soydaşlarımız, xüsusən də Daşnaksütunun İran, Livan və digər ölkələrdəki strukturlarının nümayəndələri Ermənistana gəliblər. Onlara hər axşam Fransa meydanında rast gəlmək olar”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Xatırladaq ki, 2018-ci il inqilabı zamanı soydaşlarımız dünyanın müxtəlif yerlərindən Ermənistana gəlirdilər”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mitinq  


Bizi "telegram"da izləyin