Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
Qeyd olunur ki, Volın və Polesye istiqamətlərində Belarus Respublikası silahlı qüvvələrinin bölmələri Ukrayna-Belarus sərhədinin bir hissəsini əhatə etmək üçün növbəlilik əsasında tapşırıqları yerinə yetirirlər.
Bundan əlavə, iyunun 22-dən iyulun 1-dək Qomel vilayətində hərbi xidmətə cəlb olunanların iştirakı ilə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulur.
“Belarus Respublikası ərazisindən raket və bomba hücumları və artilleriya atəşi təhlükəsi hələ də aradan qalxmayıb”, - deyə məlumatda bildirilir.
Sevinc Əliyeva
Ordu.az