“Hraparak”: Paşinyanın islahatlar ideyası qeyri-peşəkarlara söykənir

2022/05/image-1653127428.jpg
Oxunub: 406     14:11     21 May 2022    
Mayın 13-də Ermənistanın məxməri hökuməti “İctimai idarəetmə islahatları strategiyası”nı, 2022-2024-cü illər üçün yol zəritəsini, nəticələrin çərçivəsini, strategiyanın icrasına nəzarət və koordinasiya siyahısını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, 2020-ci ilin mayında Nikol Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorunun təyinatının qanun çərçivəsində olması üçün Argişti Kyaramyanı bir günlük İstintaq Komitəsinin sədr müavini təyin edib.

“Diplomatik təcrübəsi olmayan və diplomatiyadan uzaq olan Lilit Makunts Ermənistanın ABŞ-dakı səfiri təyin edilib. Hər iki halda sırf siyasi məqsədəuyğunluq və qrup üstünlüyü var. 2019-cu ilin payızında media nazirlərin məvaciblərinin gizli qərarla artırıldığını üzə çıxarmışdı. 2020-ci il müharibəsindən sonra məlum olub ki, mülki şəxs olan Anna Hakobyan (Nikol Paşinyanın həyat yoldaşı) müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının idarəetmə məntəqəsində, bunkerdə olub. Müharibədə məğlub olduqdan sonra məxmərilər uzaqlaşmadılar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin