“1in.am”: “Hay Dat” Daşnaksütunun daxili siyasi alətlərinin yalnız bir hissəsidir

2022/05/45645-1653127307.jpg
Oxunub: 340     14:42     23 May 2022    
Daşnaksütun təşkilatının Amerika Erməniləri Milli Komitəsi ABŞ Dövlət Departamentindən ABŞ-ın Ermənistandakı səfiri Lin Treysini geri çağırmağı tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, səbəb Treysinin Qarabağdakı müharibəyə kifayət qədər münasibət göstərməməsidir.

“Məsələ ondadır ki, çətin bu, əsas səbəb ola, çünki əks halda tələb səfirin ABŞ-ın erməni demokratiyasını dəstəkləməkdə qərarlı olması barədə bəyanatından sonra deyil, xeyli tez olardı. Bundan sonra onun işdən çıxarılması tələbinin irəli sürülməsi onu deməyə əsas verir ki, Amerika Erməniləri Milli Komitəsi (Hay Dat) faktiki olaraq bu bəyanatı Ermənistanın siyasi hakimiyyətinə dəstək kimi qiymətləndirib. Beləliklə onilliklər ərzində fəaliyyət göstərən, “erməni soyqırımı”nın tanınmasına həsr olunmuş struktur indi Daşnaksütun liderlərinin daxili siyasi alətlərinin yalnız bir hissəsidir ki, bu da aparılan və ya həyata keçiriləcək lobbiçilik işinə zərər verə bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Daşnaksütun   Ermənistan  


Bizi "telegram"da izləyin