Ordu.az xəbər verir ki, bunu “Helsinki təşəbbüsü-92” Qarabağ komitəsinin koordinatoru, ermən ictimai xadim Karen Ohancanyan deyib.
Onun sözlərinə görə, ABŞ və Qərb ölkələri 44 günlük müharibə zamanı əslində Azərbaycana dəstək verib.
“Rusiya beynəlxalq hüquqa əsaslanan dünya nizamını dəyişməyə çalışır. Və bu istək Qərbin müqavimətinə rast gəlir. ABŞ səfirinin bəyanatı sadəcə olaraq bu yolverilməzliyi izah edir. İndi vəziyyət tamam başqadır. Rusiya Ukrayna müharibəsi başlayandan sonra dünya tərəfindən təkləndi. Onun hələ də mövcud olduğu yeganə struktur ATƏT-dir”, - deyə Ohancanyan qeyd edib.
Erməni ictimai xadim əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalacağını düşünmür.
Alpər Mövludoğlu
Ordu.az