Ordu.az xəbər verir ki, bunu Ermənistanın İctimai Şurasının keçmiş sədri Styopa Səfəryan “Facebook” səhifəsində yazıb.
“Səfiri təhqir edərək daha da rüsvay oldular və Daşnaksütun ABŞ-dan səfirini geri çağırmağı tələb etdi... Doğrudur, heç kim qarşı tərəfi başqasının yanında özü utandığı kimi utandıra bilməz”, - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi Ermənistan KİV-lərindən birinə verdiyi müsahibədə Qarabağ məsələsinə toxunub. Vaşinqton əmindir ki, uzanan münaqişənin əsasında duran məsələlər danışıqlar yolu ilə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, güc tətbiq etməmək prinsipləri əsasında hərtərəfli şəkildə həll edilməlidir.
Alpər Mövludoğlu
Ordu.az