Erməni siyasi xadim: “Bu söhbətin Moskvada baş tutmayacağına əmin olmalıyıq”

2022/05/pater-1653126940.jpg
Oxunub: 357     12:12     23 May 2022    
“Ermənistanda nüvə enerjisinin inkişafına ehtiyac olduğunu düşünürəm”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ABŞ-dakı səfirinin keçmiş müavini Armen Xarazyan deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla mülki nüvə enerjisinin həyati əhəmiyyətini anlayır.

“Ermənistan nüvə dövləti deyil, dinc, sivil nüvə proqramına malik olan ölkədir. Ermənistanın özünü enerji ilə təmin etmək problemi həll edilməməlidir. Burada enerji təhlükəsizliyi məsələsi də var”, - deyə Xarazyan qeyd edib.

Keçmiş səfir müavini vurğulayıb ki, Ermənistan ABŞ-dan yardım almaq üçün problemi həll etməlidir.

“ABŞ çox yaxşı başa düşür ki, Ermənistan-Rusiya əməkdaşlığı Ermənistanın strateji maraqlarına uyğun deyil. Vaşinqton Ermənistanı İrəvanın əmin olmadığı addımları atmağa məcbur edə bilməz. Cəmiyyətdə belə bir fikir var ki, Türkiyə ilə birbaşa prosesə ehtiyac var. Ermənistan da buna inamla qoşulsa, yaxşı olar. Rusiyanın vasitəçiliyi ilə Türkiyə ilə danışıqlara ehtiyatla yanaşmaq lazımdır, çünki Vaşinqton Ermənistan-Türkiyə prosesində aparıcı rol oynamayıb. Türkiyə Vaşinqton vasitəsilə Ermənistanla danışmaq istəyə bilər. ABŞ Ankaranın İrəvana nə deməsi ilə maraqlanır. ABŞ vasitəçiliyi ilə Türkiyə ilə danışarkən bu söhbətin Moskvada baş tutmayacağına əmin olmalıyıq”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xarazyan  


Bizi "telegram"da izləyin