Ermənistanda ordu generalları və polislər arasında münasibətlər gərginləşir

2022/05/123sd-1653041760.jpg
Oxunub: 543     15:37     21 May 2022    
Ermənistanın “Qarabağ müharibəsi veteranları birliyi” ictimai təşkilatı bəyanat yayıb.

Ordu.az-ın məlumatına görə, bəyanatda ehtiyatda olan erməni polkovnik, Qarabağ müharibəsi iştirakçısı Arayik Muradyana qarşı polis mayoru Mikayel Ayvazyan tərəfindən zorakılıq göstərildiyi qeyd olunur.

Ehtiyatda olan erməni generallar polis mayoruna qarşı cinayət işi açılmasını tələb edirlər.

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyan da tələbə qoşulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Generallar  


Bizi "telegram"da izləyin