Ordu.az TASS-a istinadən xəbər verir ki, tərəflər həmçinin birgə hərbi təlimlərin miqyasının genişləndirilməsi imkanını müzakirə etmək mövzusunda razılığa gəliblər. Bundan başqa, KXDR-in raket buraxılışlarının sayının artmasını müzakirə edən ABŞ və Cənubi Koreya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməyə çağırıblar.
Tərəflər koronavirusla mübarizə məsələsində KXDR ilə əməkdaşlıq etməyə və yardım göstərməyə hazır olduqlarını açıqlayıblar.
Ordu.az