Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

2022/05/photo-1653120169.jpg
Oxunub: 686     12:02     21 May 2022    
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Təxribat  


Bizi "telegram"da izləyin